"Turan" klubu bu gün CEV Çempionlar Liqasında ilk oyununu keçirəcək

"Turan"ın qadınlardan ibarət voleybol komandası bu gün CEV Çempionlar Liqasında ilk matçına çıxacaq.

"Report"un məlumatına görə, Tovuz təmsilçisi turnirin II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Tovuz Olimpiya İdman Kompleksində, saat 19:00-da start götürəcək.

Qeyd edək ki, "Turan" Xorvatiya təmsilçisi ilə cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək.

Digər xəbərlər