Basketbolun "Şöhrət Zalı"na daxil edilən Kliff Heqan vəfat edib

Milli Basketbol Assosiasiyasının (NBA) çempionu Kliff Heqan 95-ci yaşında vəfat edib.

"Report" bu barədə xarici mediaya istinadən xəbər verir.

Onun ölüm səbəbi açıqlanmayıb.

K.Heqan 1958-ci ildə "Sent-Luis Hoks" komandasının tərkibində NBA çempionu olub. O, beş dəfə Ulduzlar Oyununda iştirak edib.

Kliff Heqanın adı 1978-ci ildə basketbolun "Şöhrət Zalı"na daxil edilib.

Digər xəbərlər