Qadın həndbolçulardan ibarət "Kür" komandasının EHF Avropa Kubokunun III raundundakı rəqibi müəyyənləşib.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi bu mərhələdə Şimali Makedoniyanın "WHC Çair Skopye" kollektivi ilə üz-üzə gələcək.
Təqvimə əsasən, bu raundun ilk oyunları noyabrın 7-8-də, cavab qarşılaşmaları isə 14-15-də baş tutacaq.
Xatırladaq ki, "Kür" II raundda Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırıb - 40:18, 39:13.