EHF Avropa Kuboku: "Kür" komandası mübarizəni dayandırıb

Kişilərdən ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda növbəti oyununu keçirib.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, turnirin II təsnifat mərhələsinin cavab matçında Bosniya və Herseqovinanın "MRK Sloga Doboj" kollektivi ilə üz-üzə gələn Azərbaycan təmsilçisi rəqibinə 30:32 hesabı ilə məğlub olub.

Qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.

Xatırladaq ki, komanda ilk görüşdə də rəqibinə 26:38 hesabı ilə uduzub.

Digər xəbərlər