Kişilərdən ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda mübarizəyə başlayıb.
"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, turnirin II təsnifat mərhələsində Bosniya və Herseqovinanın "MRK Sloga Doboj" kollektivi ilə üz-üzə gələn Azərbaycan təmsilçisi rəqibinə 26:38 hesabı ilə uduzub.
Qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilib.
Tərəflər arasında cavab oyunu oktyabrın 24-də eyni məkanda baş tutacaq.