"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qələbə qazanıb

Azərbaycanın qadın voleybolçulardan ibarət "DH Volley" klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununa çıxıb.

"Report" xəbər verir ki, Danimarkanın "Holte IF" komandası ilə üz-üzə gələn Bakı təmsilçisi 3:1 (25:14, 26:24, 22:25, 25:22) hesablı qələbə qazanıb.

Qarşılaşma Holte şəhərində təşkil olunub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 5-də Bakıda keçiriləcək.

Digər xəbərlər