Azərbaycan Yüksək Liqasında növbəti turların proqramı açıqlanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, III dövrədə keçiriləcək XIV turun matçları martın 29-da təşkil olunacaq.

Günün ilk qarşılaşmasında saat 15:00-da MOİK “Murov”la üz-üzə gələcək, ardınca saat 17:00-da isə “Sərhədçi” – “Ekspress” matçına start veriləcək.

Görüşlər “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.

Digər xəbərlər