Azərbaycan klubu monteneqrolu legioneri ilə yolları ayırıb

"Kür"ün qadın həndbolçulardan ibarət komandasının üzvü Sara Piraniçlə yollar ayrılıb.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

Monteneqrolu həndbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, oyunçu 2024-cü ilin avqustunda komandaya cəlb olunmuşdu.

Digər xəbərlər