Azərbaycan Basketbol Liqası: "Gəncə" "Ordu"nu məğlub edib

Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, "Gəncə" "Ordu"nun qonağı olub.

Bakı İdman Sarayındakı qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 92:90.

Xatırladaq ki, daha əvvəl "Sabah" "LANDAU Lions"u (84:74), "Sumqayıt" NTD-ni (111:94) məğlub edib. "Naxçıvan" - "Neftçi" görüşü Bakı təmsilçisinin FIBA Avropa Kubokunda iştirakına görə təxirə salınıb.

Digər xəbərlər