Avropa çempionatı: Cüdo üzrə qarışıq komanda yarışlarının püşkatması təkrarlanacaq

Monteneqroda keçiriləcək cüdo üzrə Avropa çempionatında qarışıq komanda yarışlarının püşkatması təkrarlanacaq.

"Report" xəbər verir ki, bu barədə Avropa Cüdo Birliyi (EJU) məlumat yayıb.

Buna yarış təlimatlarının pozularaq 8 komanda əvəzinə yalnız 4 komandanın səbətlərə səpələnməsi səbəb olub.

Yeni püşkatma sabah final blokundan öncə fasilə zamanı baş tutacaq.

Qeyd edək ki, öncəki püşkatmanın nəticəsinə əsasən Azərbaycan yığması qarışıq komanda yarışında İtaliyaya rəqib olmuşdu.

Xəbər lenti