Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 004,6 milyon manat gəlir əldə edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % çoxdur.
Təkcə oktyabr ayında isə adıçəkilən xidmətlərdən 95,7 milyon manat gəlir əldə edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 2,4 % azdır.
Xatırladaq ki, ötən il Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 158,5 milyon manat gəlir əldə edilib.