"OpenAI" "Apple" şirkətini ticarət sirri məlumatlarını oğurlamaqda və özünün gələcək cihazlarının inkişafına mane olmaq üçün aparat təchizatçılarına təzyiq göstərməkdə ittiham edərək, ona qarşı iddia qaldırıb.
"Report"un "Reuters"ə istinadən məlumatına görə, iddia Kaliforniya federal məhkəməsində, əvvəllər "OpenAI"ı keçmiş işçilərindən əldə olunan məxfi məlumatlardan sui-istifadədə ittiham edən "Apple" tərəfindən verilən iddiaya cavab olaraq qaldırılıb.
"OpenAI" iddia edir ki, "Apple" onun keçmiş işçisini işə götürdükdən sonra yeni cihaz və gələcək aparat məhsulları üçün planlar haqqında məxfi məlumatlara çıxış əldə edib. Şirkətin iddiasına görə, o, altı ay işləyib və bu məlumatlara çıxış əldə edib.
Bundan əlavə, "OpenAI" iddia edir ki, "Apple" "ChatGPT" ilə işləyən təchizatçılara təzyiq göstərmək üçün bazar mövqeyindən sui-istifadə edir. Şirkət həmçinin "Apple"i keçmiş işçilərinin şəxsi cihazlarına və hesablarına işdən çıxarıldıqdan sonra girişi saxlamaqda ittiham edib.
"Apple" "OpenAI"ın əks iddialarını diqqəti ilkin iddiadan yayındırmaq cəhdi adlandıraraq, ittihamları rədd edib.