Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sektorunda 1 milyard 829 milyon manatlıq məhsul istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % çoxdur.
Təkcə oktyabrda isə bu sektorda 197 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 3,1 % çoxdur.
10 ay ərzində sektorun ÜDM-də payı 1,8 % təşkil edib.
Xatırladaq ki, bu ilin ilk 10 ayında Azərbaycanda 103 milyard 495,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 % çox ümumi daxili məhsul istehsal olunub.