Yeni Zellandiyada güclü zəlzələ olub

Bakı. 9 fevral. REPORT.AZ/ Yeni Zellandiyada 5,7 bal gücündə zəlzələ baş verib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar San-Arno qəsəbəsindən 35 km uzaqlıqda qeydə alınıb. Zəlzələnin ocağı 170 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat yayılmayıb. Sunami təhlükəsi elan olunmayıb.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 22 avqust, 2026 / 09:08