Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb.
Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatın mərkəzi hissəsini, magistral yolun kənarında yerləşən ərazini əhatə edir.
Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.