Pakistanda avtobusların toqquşması nəticəsində 12 nəfər ölüb

Pakistanın Bəlucistan əyalətində mikroavtobusla sərnişin avtobusunun toqquşması nəticəsində azı 12 nəfər ölüb və təxminən 22 nəfər yaralanıb.

"Report" "Dawn"a istinadən xəbər verir ki, bu barədə polisdən bildirilib.

Qəza bu gün Kvetta-Karaçi magistralında Uthal şəhəri yaxınlığında baş verib.

Polisin məlumatına görə, 7 nəfər hadisə yerində ölüb, 5 nəfər isə sonradan xəstəxanada vəfat edib.

Yaralananlar yerli xəstəxanaya çatdırılıb, daha sonra müalicə üçün Karaçiyə köçürülüb. Onlardan yeddisi ağır vəziyyətdədir. Həlak olanların və yaralananların əksəriyyəti mikroavtobusda olub.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14