Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, kəsici-deşici alətlə Ü. Abdullayevə xəsarət yetirən və Nizami Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Elnur Sadıqov polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə rayonun Xəqani küçəsində qeydə alınıb. Ü.Abdullayev Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

Tovuzda qətl törədilib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xəqani küçəsində qeydə alınıb. İlkin məlumata görə, hadisə zamanı iki nəfər bıçaqlanıb.

Xəsarət alanlardan biri (şəxsiyyəti dəqiqləşdirilir – red) ölüb, digəri - 1988-ci il təvəllüdlü Ü.Abdullayev isə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başlanılıb.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14