Azərbaycanda oktyabrın 23-də cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmçinin ötən gün narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.