Bakıda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanılıb.
"Report"un məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.
Bakıda kütləvi dava olub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, bu xəbər ilk olaraq oxu.az saytında yayılıb. Məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib. Bir nəfərin öldüyü bildirilir.