Xəzərdə zəlzələ olub

Bakı. 18 iyun. REPORT.AZ/ Xəzər dənizində zəlzələ olub.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

İlkin məlumata əsasən, yerli vaxtla 09:54-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin maqnitudası 3.7, dərinliyi 40 km olub. 

Digər xəbərlər