Lənkəranda oyuncaq silahlı şəxs saxlanılıb

Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edən naməlum şəxs müəyyən olunub.

"Report" xəbər verir ki, polis tərəfindən keçirilən tədbirlərlə S.Dadaşzadə saxlanılıb.

Araşdırmalarla onun üzərində gəzdirdiyi silaha bənzər əşyanın oyuncaq olması, özünün isə hər hansı hüquq-mühafizə orqanlarıda heç vaxt işləmədiyi müəyyən edilib. Onunla bağlı məsuliyyət tədbirləri görülür.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54