Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari qəza olub

Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunum məlumatına görə, hadisə şəhərin Babək küçəsində qeydə alınıb.

Belə ki, "Opel" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında park edilmiş "Opel", "Hyundai", "Toyota", "Mercedes" və "Range Rover" markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54