Sumqayıtda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza olub

Sumqayıt şəhərində dörd avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 45-ci məhəllə ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarında park edilmiş "Chevrolet", "Opel" və "Hyundai" markalı maşınlara çırpılıb.

Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib, faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54