Ceyranbatanda şagirdlər zəhərləniblər - Yenilənib

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin zəhərlənən 8 şagirdinə tibbi yardım göstərilib.

Bu barədə "Report"un yerli bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, oktyabrın 29-da saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.

"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur.

Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib.

Digər xəbərlər