Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb

Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Kəlbəcər-İstisu avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Kəlbəcər şəhər sakini 1967-ci il təvəllüdlü Bilal Nuriyev idarəetməni itirib, nəticədə "KİA" markalı avtomobil yoldan çıxaraq divara çırpılıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun həyat yoldaşı, Kəlbəcər şəhər sakini 1975-ci il təvəllüdlü Əminə Nuriyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər