Tovuzda idarəetmədən çıxan avtomobil kanala aşıb, yaralılar var

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Alakol kəndi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarındakı su kanalına aşıb.

Qəzada yaralanan dörd nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54