Türkiyədə 7 maddə ilə axtarışda olan şəxs Bakı aeroportunda saxlanılıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Heydər Əliyev Beynəlxalq Hava Limanında Türkiyədə axtarışda olan şəxs tutulub.

“Report”un xəbərinə görə, 32 yaşlı Engin Said Dudu xaricə getmək üçün Azərbaycan sərhədini keçmək istəyən zaman saxlanılıb.

O, Türkiyə Cinayət Məcəlləsinin 7 maddəsi ilə axtarışda olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14