Moskvada Azərbaycan vətəndaşına qılıncla hücum edən şəxs saxlanılıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Moskva sakini Rusiya paytaxtının şimal-şərqində Azərbaycan vətəndaşına qılıncla hücum etməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb. "Report" xəbər verir ki, bu barədə məlumatı hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən "İnterfaks" verib.

Noyabrın 30-da 27 yaşlı cinsiyyəti kişi olan şəxs soyuq silahla zərərçəkənə bilək və qol nahiyəsindən xəsarət yetirib. Onun bu hərəkətinin motivləri araşdırılır, "xuliqanlıq" maddəsi üzrə cinayət işi açılıb.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14