​İqtisadiyyat və Sənaye Nazirliyinin gənc əməkdaşı dəm qazından boğulub

Bakı. 3 noyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) gənc əməkdaşı dəm qazından boğularaq ölüb. Bu barədə “Report”a İSN-dən məlumat verilib.

Belə ki, nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun Kadr və kargüzarlıq sektorunun əməkdaşı, 28 yaşlı Məcid Abdulhəkimov hamamda çimərkən dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə Yasamal rayonunda baş verib.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14