Göygöldə avtobus avtomobillə toqquşub, sürücülərdən biri ölüb

Bakı. 1 mart. REPORT.AZ/ Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un xəbərinə görə, rayonunun Topalhəsənli kəndində kənd sakini İsgəndər İsgəndərovun idarə etdiyi "VAZ-2106" və Gürcüstan vətəndaşı Ərzixan Süleymanovun idarə etdiyi "MAN" markalı (avtobus) avtomobillər toqquşub. 

Nəticədə xəstəxanaya yerləşdirilən İ.İsgəndərov orada ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14