Goranboyda güclü külək bədbəxt hadisəyə səbəb olub: bir ölü

Bakı. 16 avqust. REPORT.AZ/ Goranboyda güclü külək nəticəsində ağac adamın üstünə aşıb.

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə avqustun 15-də Goranboy rayonunun Qaradağlı kəndində qeydə alınıb.

Güclü külək nəticəsində aşan ağac kənd sakini Siyasət Quliyevin üstünə düşüb və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14