​Bakının məşhur əyləncə mərkəzində kütləvi dava baş verib

Bakı. 21 iyul. REPORT.AZ/ Bakıda yerləşən məşhur istirahət və əyləncə mərkəzlərindən birində kütləvi dava baş verib. Bu barədə “Report”a Binəqədi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Belə ki, 1995-ci il təvəllüdlü Leyla Məmmədova Novxanı qəsəbəsi ərazisində yerləşən “AquaPark” istirahət və əyləncə mərkəzində tanımadığı 3 nəfər oğlan tərəfindən döyüldüyü barədə polisə şikayət edib. Hadisə ilə bağlı Binəqədi RPİ-də araşdırma başlanılıb. L.Məmmədovaya qarşı xuiqanliq edən şəxslərin axtarışları davam etdirilir.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14