Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. 1994-cü il təvəllüdlü Nağıyev Vüqar Ramiz oğlu idarə etdiyi "Toyota"markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsində idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Hadisə zamanı sürücü və “Toyota”da müştəri qismində olan sərnişin, 1969-cu il təvəllüdlü Rüstəmov Vidadi Əmiraslan oğlu xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.