​Bakıda saunada yanğın baş verib

Bakı. 11 may. REPORT.AZ/ Axşam saatlarında Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, vətəndaşa məxsus üçmərtəbəli evin zirzəmisində par otağının taxtadan ibarət üzlüyü yanıb və yüksək temperaturdan ümumi sahəsi 60 kv.m olan saunanın alçipandan ibarət tavanı əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17