​Bakıda qayığı çevrilən balıqçılar xilas edilib

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakıda bədbəxt hadisənin qarşısı alınıb.

“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə Bakının Yasamal rayonu ərazisində yerləşən “Qanlı göl” adlanan ərazidə qayığın çevrilməsi nəticəsində 2 balıqçının batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Həmin şəxslər FHN-in dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas edilib və aiddiyyatı üzrə təhvil verilib.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14