Bakıda qadının pulunu dələduzluqla mənimsəyən şəxs saxlanılıb

Bakı. 20 dekabr. REPORT.AZ/  Bakıda qadının pulunu dələduzluqla mənimsəyən şəxs saxlanılıb. Bu barədə "Report"a bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini Əsmətxanım Babayevanın 435 manat pulunu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1983-cü il təvəllüdlü Fuad Mahmudov tutulub.

Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14