Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlanıb

Bakı. 11 avqust. REPORT.AZ/ Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlanıb.

 “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də Bakı şəhər sakini Rza Qurbanovun evindən 30.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini Əfqan Hüseynov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14