Bakıda “Körpələr evi” və uşaq bağçasından oğurluq edən şəxs tutulub

Bakı. 7 iyul. REPORT.AZ/ Bakıda “Körpələr evi” və uşaq bağçasından oğurluq edən şəxs tutulub.

“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 6-na keçən gecə Xətai rayonu ərazisindəki “Körpələr evi”nin birindən və uşaq bağçasından pəncərədən girmək yolu ilə məişət əşyaları oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Fəxrəddin Novruzov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14