​Bakıda iki gənc bıçaqlanıb

Bakı. 2 may. REPORT.AZ/ Bakıda iki nəfər bıçaqlanıb.

“Report”un məlumatına görə, hadisə A.M.Şərifzadə küçəsində qeydə alınıb.

Qazax rayon sakini, 20 yaşlı Namiq Əşrəfov kürək nahiyəsindən, Ağstafa rayon sakini, 21 yaşlı Elşən Məmmədov isə döş qəfəsindən bıçaqlanıb.

Hər iki yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların vəziyyəti ağırdır.

Həmin şəxslərin bir-birlərini bıçaqladığı ehtimal edilir.

Digər xəbərlər

Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46
Sumqayıtda mebel sexi yanıb 30 mart, 2026 / 10:50