Sabunçu rayonunda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbr verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Kürdəxanı qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü, 1965-ci il təvəllüdlü Aslanov Alay Camərd oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Ramin Şahbazov 

Digər xəbərlər