Bakıda avtomobil ustası iş zamanı ağır xəsarət alıb

Bakıda avtomobil ustası ağır xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Avtomobil ustası Əsədov İntiqam İlyas oğlu icarəyə götürdüyu yağdəyişmə məntəqəsində işləyən zaman ehtiyatsızlıqdan məntəqənin çalasına düşüb. Nəticədə o, ağır xəsarət alıb. 

İ.Əsədov yaxınlarının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldırın sınığı diaqnozu qoyulub.

Ramin Şahbazov 

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14