Ağcabədidə azyaşlı bədbəxt hadisə nəticəsində ölüb

Bakı. 5 yanvar. REPORT.AZ/ Ağcabədi şəhərində bədbəxt hadisə baş verib. “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, burada yaşayan azyaşlı Rəşid Haqverdiyevin üzərinə televizor düşməsi nəticəsində o, xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14