​ABŞ-da avtomobilin velosipedçiləri vurması nəticəsində 5 nəfər ölüb

Bakı. 8 iyun. REPORT.AZ/ ABŞ-ın Miçiqan ştatında avtomobilin bu qrup velosipedçini vurması nəticəsində ən azı beş nəfər ölüb. 

"Report"un məlumatına görə, bu haqda "Wood" telekanalı xəbər verib.

Hadisə Kalamazu şəhərinin şimalında baş verib.

Velosipedçiləri vurmuş avtomobilin sürücüsü hadisə yerindən qaçıb gizlənməyə çalışsa da, saxlanılıb. Ölən və ya xəsarət alanlar arasında uşaqların da olduğu ehtimal edilir.

Son məlumatlara görə, velosipedçilər qrupunda doqquz nəfər olub. Hadisənin təfərrüatları açıqlanmır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14