"Zirə" - "DAK 1904" matçına 2500 bilet satılıb

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Dak 1904” matçına 2500-ə yaxın bilet satılıb.

Bunu “Report”a açıqlamasında Bakı təmsilçisinin mətbuat katibi Elmar Abdullazadə deyib.

Klub rəsmisi bilet satışı ilə bağlı bunları söyləyib:

“Satışa 6 min bilet çıxarmışıq. Onlardan 2500-ə yaxını satılıb”.

Qeyd edək ki, "Zirə" - "DAK 1904" görüşü bu gün, saat 20:30-da “Dalğa Arena”da start götürəcək.

Digər xəbərlər