"Real" son 17 ildə ilk dəfə evdə "Valensiya"ya uduzub

İspaniya La Liqasının XXX turunun "Real" - "Valensiya" matçı başa çatıb.

"Report" xəbər verir ki, oyun Madrid şəhərindəki "Santyaqo Bernabeu" stadionunda baş tutub.

Matç "Valensiya"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, "Real"ın son 17 ildə bu rəqibə doğma meydanda ilk məğlubiyyəti olub.

Braziliyalı hücumçu Vinisius Junior penalti zərbəsini yerinə yetirə bilməyib. 15-ci dəqiqədə "Valensiya"nın müdafiəçisi Muktar Diaxabi komandasını hesabda irəli çıxarıb. 50-ci dəqiqədə Vinisius bərabərliyi bərpa edib. 90+5-ci dəqiqədə hücumçu Uqo Duro “Valensiya”nı önə keçirib – 2:1.

30 matçdan sonra "Real" 63 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Valensiya" 34 xalla 15-cidir. Birinci yerdə isə “Barselona” (66 xal) qərarlaşıb.

Xəbər lenti

İsmayıllıda zəlzələ olub 12 aprel, 2025 / 19:18