"Bavariya"nın futbolçusu Alfonso Deyvis zədələnib

"Bavariya"nın futbolçusu Alfonso Deyvis Kanada millisinin heyətində zədələnib.

"Report" Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı oyunçunun sol budunun arxa əzələsində yüngül yırtıq aşkarlanıb.

O, şənbə günü yığmanın səfərdə Qvatemalaya 3:2 hesabı ilə qalib gəldiyi matçda xəsarət alıb.

Klubun tibbi heyətinin müayinəsindən sonra təsdiqlənən diaqnoza əsasən, idmançı bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Digər xəbərlər