Romelu Lukaku Belçika millisindəki karyerasını başa vurub

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Romelu Lukaku Belçika millisindəki karyerasını başa vurub.

"Report" xəbər verir ki, 33 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında yazıb.

Təcrübəli forvard 16 il ərzində yığma komanda üçün əlindən gələni etdiyini bildirib.

Xatırladaq ki, Romelu Lukaku 2010-cu ildən Belçika millisinin formasını geyinib. O, komanda ilə 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatında bürünc medal qazanıb.

Digər xəbərlər