Erlinq Holann UEFA Millətlər Liqasında öz rekordunu yeniləyib

Norveç millisinin hücumçusu Erlinq Holann UEFA Millətlər Liqasının tarixində vurduğu qolların sayına görə şəxsi rekordunu yeniləyib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, forvard noyabrın 14-də Uelsə qarşı keçirilən ev oyununda (3:1) penaltini dəqiq yerinə yetirərək turnirdəki 21 matçda vurduğu topların sayını 23-ə çatdırıb.

Norveçli futbolçunun ən yaxın izləyiciləri hərəyə 15 qol vuran serbiyalı Aleksandr Mitroviç və artıq yığma karyerasını başa vurmuş portuqaliyalı Kriştianu Ronaldudur.

Bu, 26 yaşlı hücumçunun Norveç yığmasında keçirdiyi 60 oyunda vurduğu 66-cı top olub. O, milli komandanın bütün tarixi ərzində ən yaxşı bombardiridir.

Qeyd edək ki, 5 turdan sonra 6 xal toplayan norveçlilər qrup mərhələsini noyabrın 17-də Danimarkaya qarşı keçirəcəkləri səfər matçı ilə başa vuracaqlar.

Digər xəbərlər