Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə beynəlxalq oyuna təyinat alıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Belarus - Albaniya matçında hakim-inspektor kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, qarşılaşma noyabrın 15-də Macarıstanın paytaxtı Budapeştdə yerləşən "İllovski Rudolf" stadionunda baş tutacaq.