İngiltərənin "Arsenal" klubu qış transfer dönəmində norveçli cinah oyunçusu Antonio Nusanı heyətinə qatmağı nəzərdən keçirir.
"Report" "TEAMtalk"a istinadən xəbər verir ki, "topçular" Almaniyanın "Leyptsiq" komandasında çıxış edən 21 yaşlı oyunçunun nümayəndələri ilə artıq əlaqə saxlayıb.
London klubunun rəsmiləri vingerin son üç matçını tribunadan izləyiblər. Antonio Nusa karyerasını "Arsenal"da davam etdirməyə müsbət yanaşır.
Lakin bu transferi reallaşdırmaq çətin ola bilər. Bundesliqa təmsilçisi futbolçusu üçün 80 milyon avro tələb edir və onunla maraqlanan klublar arasında "Bavariya" da var.
Xatırladaq ki, Antonio Nusa cari mövsüm bütün turnirlərdə 15 oyuna çıxıb, 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.